Xəzər Xəbər

Öz hesabına bataqlığı parka çevirdi - Goranboyda müəllimdən nümunəvi addım - VİDEO

Veb TV | 20:47 • 20 May 2018
Öz hesabına bataqlığı parka çevirdi -

Goranboyun Qazaxlar kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən Qoşqar Qarayev bataqlıq, kol-kos tutmuş ərazini öz əlləri ilə təmizləyərək parka çevirib.

Xezerxeber.az-ın məlumatına görə, iki illik zəhmət nəticəsində kənd ərazisinidə mini park meydana gəlib.

Qoşqar Qarayev öz zəhməti hesabına ərazini tam yararlı hala gətirdikdən sonra bura 8 min müxtəlif gül tingləri basdırıb. Həmçinin ərazidə 14 metr hündürlüyü olan bayraq dirəyi quraşdırıb.

Yerli sakinlərin, kəndə gələn qonaqların istirahət məkanına çevrilən mini park pulsuz olaraq fəaliyyət göstərir. Həm yaşlı, həm də gənc nəslin nümayəndələri bu məkana gələrək, güllərin ətirindən, quşların cəh-cəhindən həzz alırlar.

Hətta burada musiqi oxumaqla dincələnləri də görmək olur.

10 sotdan çox ərazini əhatə edən məkanda gələcəkdə kiçik fantanların quraşdırlması nəzərdə tutulur. Kiçik bağda meyvə ağacları da var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti