Xəzər Xəbər

Bakıdakı 1-ci sinif şagirdi məktəbdə zorlandı? ŞOK İDDİA

Hadisə | 15:31 • 25 Aprel 2018
Bakıdakı 1-ci sinif şagirdi məktəbdə zorlandı?

Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlib. Belə ki, big.az saytının yazdığına görə Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Bu barədə sayta uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək hadisəni ört-basdır etdiyini deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək onun məktəbdən qovulmamasına da nail olublar.

Bildirilir ki, həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb.

Onlardirektorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Lakin direktor qəzəbli valideyinləri qəbul etmir.

Bildirilir ki, seksual zorakılığa məruz qalan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimovanın sinfində oxuyur.

Son məlumata görə məktəbin qarşısına toplaşan valideyinlərə polis müdaxilə edib, gərginlik isə qalmaqdadır. virtualaz məktəblə əlaqə saxlayıb, telefon zənginə cavab verən şəxs bildirib ki, deyilənlər "şaiyədir" və araşdırılır.

Zorlanma barədə iddialar Bakı şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır.

XəzərXəbər xəbər verir ki, bu barədə virtualaz.org-a məlum olub. Habelə Xətai rayon hüquq-mühafizə orqanlarının da bu iddia barədə araşdırma aparır. Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.az-a zorlama xəbərinin yalan olduğunu söyləyib. "Zorlama olmayıb. Sadəcə, 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaq da məktəbdən uzaqlaşdırılıb".

Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. Sayt əməkdaşları baş verənləri araşdırmaq üçün məktəbə yollanıb.

Xəbər lenti