Xəzər Xəbər

Nişan üçün aldığı qolbaq fotosessiya zamanı itdi - Qolbağı tapan şəxsi mükafat gözləyir - VİDEO

Veb TV | 19:20 • 22 Aprel 2018
Nişan üçün aldığı qolbaq fotosessiya zamanı itdi -

Bakıda iki gənc nişanları günü fotosessiya etdirmək üçün şəhərin gəzməli yerlərində olublar. Çəkiliş zamanı oğlanın qız üçün aldığı min manat dəyərindəki qolbaq düşərək itib. Maraqlısı budur ki, qolbağın qoldan açılaraq düşmə anı da fotolarda öz əksini tapıb. İndi gənclər nişan qolbağını tapan şəxsi axtarır.

Xezerxeber.az-ın məlumatına görə, nişanı olan qız və oğlan özəl günlərini əbədiləşdirmək üçün elə nişanları olan gün şəhərin müxtəlif yerlərində şəkillər çəkdiriblər. Daha sonra evə dönən gənc qız oğlanın ona aldığı və ilk qızıl hədiyyəsi olan qolbağının qolunda olmadığını görüb.

Bundan sonra çütlük çəkildikləri fotoları incələyiblər. Fotolara baxdıqda məlum olub ki, qolbaq çəkiliş zamanı Nərimanv rayonu, Heydər Əliyev Mərkəzi ətrafında qızın qolundan açılaraq yerə düşüb. Bu an da fotoda öz əksini tapıb.

Kənan Mehdiyev həmin qolbağın onlar üçün böyük mənəvi dəyər daşıdığını deyir. O, qolbağı tapan şəxsdən onu qaytarmasını xahiş edir.

Kənan Mehdiyevin sözlərinə görə, əgər kimsə o qolbağı qaytararsa, həmin şəxsə 100 manat məbləğində pul mükafatı verəcək. Faktla bağlı artıq polisə də məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti