Qoç- Bu gün
əvvəlkilər qədər yaxşı keçməyəcək. Amma bunun özündə tərifləmək üçün
nəsə var. Məsələn, ona görə ki, o, problem gətirməyəcək və ya qəribə
görüşlərlə sizi sevindirəcək. Nə vaxtsa, sizə kömək etmiş adamdan dəstək
almaq şansı var.
Bazarlıq etmək olar. Gün xüsusilə yeni paltar alınması üçün münasibdir.
İmicinizlə eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısı xoş
romantik həyəcan vəd edir.
Buğa- Bu gün istənilən səfərlər, ekskursiyalar üçün
münasibdir. Yeni təəssüratlar istəyirsiniz və onları alacaqsınız. Sadəcə
olaraq, təşəbbüs göstərmək lazımdır. Gün intuisiyasını dinləyən
Buğalara xoş sürprizlər və kəşflər vəd edir.
Ailə tədbirləri, yaşlı qohumlarla ünsiyyət, əlaqələrin
möhkəmləndirilməsi üçün münasib gündür. İstənilən görüşləri bu günə
təyin etmək olar - onlar istədiyiniz kimi keçəcək. Maliyyə işlərində
qayda yaratmaq üçün əlverişli məqamdan istifadə edin.
Əkizlər- Olduqca maraqlı, xoş və asan gündür.
İntuisiyanıza etibar edin - bu gün o, sizi olmaq istədiyiniz yerə
aparacaq. Gözlənilməz görüşlər mümkündür. Onlardan biri taleyüklü ola
bilər. Sərfəli sövdələşmə şansı var. Lakin diribaşlıq, hətta, sərtlik
nümayiş etdirmək lazımdır.
Yaxınlarınızla ünsiyyətdə bəzən özünüzü aqressiv aparırsınız. Bu, xoş
təəssürat yaratmır və incikliklərə səbəb ola bilər. Daha çox zirəklik
lazımdır. Bu, yaşlı qohumlarınızla münasibətlərdə daha vacibdir.
Xərçəng- Sərfəli bazarlıqlar və gəlirli investisiyalar
vəd edən uğurlu gündür. O, maliyyə məsələlərinin həlli üçün münasibdir.
Köhnə tanışlarınızın sizə təzyiq göstərməyə cəhd edəcəyi, nəyəsə məcbur
etməyə çalışacağı istisna deyil. Müqavimət göstərin!
Gün maraqlı görüşlər və romantik əyləncələr vəd edir. Yaranan hisslərin
ani olduğunu bilə-bilə, onlardan zövq alırsınız. Yeni tanışlarınızdan
kiminsə sizi həqiqətən sevdiyi istisna deyil.
Şir- Bu gün əvvəlki iki gündən daha əlverişlidir.
Vaxtınızı yaxşı keçirəcək, asanlıqla həmfikir və köməkçilər
tapacaqsınız. Səfərlərə yola düşmək olar. Onlar asan keçəcək və sizi
yormayacaq. Gözlənilməz pul gəlirləri, hədiyyələr mümkündür.
Ev işləri sizə zövq verəcək. Bunun üçün nə seçməyinizin əhəmiyyəti
yoxdur - dadlı nahar hazırlamaq, təmizlik aparmaq, köhnə əşyaları
sahmana salmaq və s. Bütün hallarda bu işlərin öhdəsindən
gözlədiyinizdən də tez gələcəksiniz.
Qız- Gün hiss olunmadan keçəcək, nə böyük sevinclər,
nə də ciddi məyusluqlar gətirəcək. Maraqlı işləri seçin, onlarda uğur
qazanacaqsınız. Həyəcan verməyən işləri isə təxirə salın. Ulduzlar belə
yanaşmanın tərəfdarıdır.
Yersiz xərclərdən qaçın, vacib olmayan bazarlıqlardan imtina edin.
Ağıllı qənaət sizə yarayacaq, bu gün bədxərclk etmədyinizə görə sonralar
dəfələrlə sevinəcəksiniz. Günün ikinci yrasında ehtiyatlı olun: xəsarət
təhlükəsi var.
Tərəzi- Tələskənlikdən uzaq durun. Bu gün hər bir
addım sakit götür-qoy tələb edir. Səthi qərarlar əksər hallarda yanlış
olacaq, dolama yollar isə sizi hədəfə birbaşa yollardan daha tez
çatdıracaq. Yeni şübhəli layihələr naminə çoxdan qurduğunuz planlardan
imtina etməyin.
Gün tamah və şirnikləndirmələrlə yadda qalacaq. Siz etimada layiq
olmayan adamların nəsihətlərinə asanlıqla tabe olacaqsınız. Nəyə
ehtiyacınızın olduğunu və nəyə can atdığınızı daha yaxşı sizin
bildiyinizi özünüzə tez-tez xatırladın.
Əqrəb- Bu gün dayanmadan, özü də bəzən əlverişsiz
şəraitdə işləməli olacaqsınız. Amma buna dəyər. Ona görə də, diqqətinizi
cəmləyin və məşğul olduğunuz işlərə ciddi yanaşın. Səfərlər lazımi
nəticəni versə də, çox vaxtınızı alacaq: doğru yolu dərhal tapa
bilməyəcəksiniz, planlaşdırılmamış ləngimələr olacaq.
Deyəsən, sevdiniz şəxs sizdən uzaqlaşır, işlərinizlə maraqlanmır,
hisslərinizi bölüşmür. Amma bunu faciə kimi qəbul etməyin. Təbii ki,
xoşagəlməz tendensiyadır. Lakin o müvəqqəti xarakter daşıyır.
Oxatan- Gün dəyişikliklərlə əlamətdar olacaq: yeni
maraqlar yaranacaq, köhnələri sıxışdıracaq, dəyərlərin yenidən
qiymətləndirilməsi baş verəcək. Bu çətin proses Oxatanların emosional
vəziyyətinə o qədər də yaxşı təsir etməyəcək - onlar əsəbi və səbrsiz
olacaqlar, qaranlıq fikirlərə düşəcəklər.
Lakin ətrafdakılar böyük səbr nümayiş etdirəcək, Oxatanlara çətin günə
davam gətirməkdə kömək etməyə var gücləri ilə çalışacaqlar. Sizi narahat
edən məsələlərlə bağlı açıq danışmaqdan çəkinməyin: dəstək sözləri
eşidəcəksiniz.
Oğlaq- Həyatınızda baş verənlərin hamısına nəzarət edə
bilmirsiniz - bunu etiraf edin və hədər mübarizəyə güc sərf etməyin.
Köhnə planları reallaşdırmağa növbəti dəfə cəhd etməkdənsə, yeni planlar
qurmaq daha yaxşıdır.
Ətrafdakılarla münasibətlər dəyişəcək. Məlum olacaq ki, yaxınlarınız
sizin təkcə güclü yox, həm də zəif tərəflərinizi bilirlər. Bununla belə,
sizi sevirlər. Romantik etiraf mümkündür. Gözlənilməz evlilik təklifi
də istisna deyil.
Dolça- Yaxşı məsləhətlər günüdür. Taleyin bu gün sizi
qarşılaşdırdığı hər kəsə qulaq asmaq lazımdır: yolunuza çox maraqlı
insanlar çıxacaq. Onlardan hans iləsə sizi ciddi münasibətlər
bağlayacaq. Hələlik hadisələri tələsdirməyin, qoy, hər şey öz
ardıcıllığı ilə getsin. Həmkarlarınız və müttəfiqlərinizlə qeyri-formal
şəraitdə ünsiyyətə girmək, birgə layihələri müzakirə etmək olar. Belə
söhbətlərin faydası olacaq.
Yaxınlarınıza hədiyyə almaq üçün yaxşı gündür. Bu gün seçiminizdə səhv
etməyəcəksiniz. Amma çətin ki, özünüz üçün nəsə seçə biləsiniz. Buna
görə məyus olmayın.
Balıqlar- Tanışlıqlarda ehtiyatlılıq tələb olunur: bu
gün sizə qarşı o adamlar maraq göstərirlər ki, onlardan uzaq durmaq
lazmdır. Şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Bir çox
Balıqlar dərhal müsbət emosiya almaq üçün düşünlməmiş hərəkətlər
edəcəklər. Bürcün bir sıra nümayəndələri üçün belə hərəkətlər dərhal pis
hadisələrə çevrilə bilər.
Yaxınlarınızla ünsiyyət sevinc bəxş edəcək. Hansısa çoxdankı ailə problemlərini həll etmək şansı var.
Milli.Az