Xəzər Xəbər

Rusiyada prezident seçkiləri: Faizlər açıqlandı

Dünya | 19:56 • 18 Mart 2018
Rusiyada prezident seçkiləri:

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb.

Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.

***

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

Seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.

Xəbər lenti