Xəzər Xəbər

İNANILMAZ: Təzə maşın qiymətinə konfet

Maraqlı | 14:54 • 18 Mart 2018
İNANILMAZ:

Dünyanın ən bahalı konfeti Portuqaliyanın Obiduş şəhərində keçirilən şokolad festivalında nümayiş etdirilib. Bu şirniyyatın qiyməti 7728 avrodur.

Portuqaliyalı şirniyyat ustası Daniel Qomeşin hazırladığı konfet romb şəklindədir.

Konfetin qiyməti onun inqrediyentlərinə görə bahadır. Bura zəfəran, ağ trüfel, Madaqaskar vanili və s. daxildir.

Portuqaliyalı ustanın hazırladığı konfet şüşənin arxasından nümayiş etdirilib və təhlükəsizlik xidmətinin nəzarəti altında olub.

Konfetdən cəmi min ədəd buraxılıb. Onlar BƏƏ, Anqola, Argentina və Rusiyaya göndərilib. (sputnik.az)

Xəbər lenti