Xəzər Xəbər

Bakıda toy yasa döndü VİDEO

Veb TV | 20:47 • 22 Yanvar 2018
Bakıda toy yasa döndü

60-dan yuxarı yaşı olan kişi rəqs etdikdən sonra elə restoranda dünyasını dəyişib.

Hadisə ötən gecə paytaxtdakı restoranların birində baş verib. "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restorana toya gələn şəxs bir müddət rəqs edib. Daha sonra o yerinə əyləşib. Təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.

Hadisə baş verəndən sonra şənlik dayanıb və hamı evinə gedib.


Xəbər lenti