Xəzər Xəbər

Pensiyalar hesablara nə zaman köçürüləcək? - NAZİRLİKDƏN AÇIQLAMA

Cəmiyyət | 10:22 • 15 Yanvar 2018
Pensiyalar hesablara nə zaman köçürüləcək? -

"Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək”.

Bunu "Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyi üçün əmək pensiyalarının Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün gecikib: "Köçülürmə yanvar ayının 16-da həyata keçiriləcək. Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin cari ildə də normal qaydada davam etdirilməsinə imkan yaradacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
382 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti