Xəzər Xəbər

Yol qəzası yenə can aldı: 5 ölü, 4 yaralı var - VİDEO

Veb TV | 14:52 • 10 Dekabr 2017
Yol qəzası yenə can aldı:

Yüksək sürət və ehtiyatsızlıq qəzaya səbəb oldu. Hadisədə 4 nəfər öldü..

Xezerxeber.az-ın məlumatına görə, Bərdə sakini Murad Bagırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Gəncə sakini Şamil Mehdiyevin idarə etdiyi "Passat"la toqquşub.

Dəhşətli qəza ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Sürətlə gedən 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər - Rusiya vətəndaşları 55 yaşlı Olqa Lesnikova,45 yaşlı Oksana Maskolnikova, 48 yaşlı Şamil Mehdiyev və 68 yaşlı Rafael Qasımov ölüb.

21 yaşlı Murad Bağırov, 25 yaşlı Elvin Qasımlı, 25 yaslı Rəşad Aslanlı Mingeçevir, 54 yaşlı İsa Abbasov isə Şəki Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

Dunyasını dəyısən Olqa və Oksanının Azərbaycana qonaq gəldıyı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə isə piyada vurulub. Hadisə bu gün səhər saatlarında rayonunun Katex kənd ərazisində baş verib. Avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, kənd sakini 61 yaşlı Ofelya Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Xezerxeber.az mövzu il bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti