Xəzər Xəbər

Xocalıda bütün ailə üzvləri qətlə yetirilən Mehdi Əliyev ailə qurdu

Cəmiyyət | 12:11 • 10 Dekabr 2017
Xocalıda bütün ailə üzvləri qətlə yetirilən Mehdi Əliyev ailə qurdu

Bu gün Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərdən biri - Mehdi Əliyev ailə həyatı qurub. Modern.az saytı xəbər verir ki, toy mərasimi Goranboy rayonunun Ağcakənd qəsəbəsindəki "Ramal" şadlıq sarayında olub. Mehdi Əliyev yeganə şəxsdir ki, Xocalı soyqırımı zamanı bütün ailə üzvləri erməni quldurları tərəfindən qətlə yetirilib. Bu gün ailə quran Mehdi Əliyev polis əməkdaşıdır. Toy mərasimində də daxili işlər nazirliyinin rəhbərliyinin xüsusi qayğısı hiss olunub. Bu da onu göstərir ki, bu insanlar Xocalı soyqırımı zamanı ailə üzvlərini itirsələr də, dövlətimizin qayğısı altındadırlar.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərin hər biri Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı altındadır. Həmin gənclərin hər biri mənzillə təmin olunub. Yeni ailə quran Mehdi Əliyevə də Ağcakənd qəsəbəsində tam təmir olunan mənzil verilib.

Xəbər lenti