Xəzər Xəbər

Bayram günlərində 9 gün EVDƏ OLACAĞIQ Artur Rasizadə QƏRAR VERDİ

Gündəm | 11:29 • 9 Dekabr 2017
Bayram günlərində 9 gün EVDƏ OLACAĞIQ

Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.

XəzərXəbər-in məlumatına görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sənədə əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust isə Qurban bayramıdır.

Martın 24-ü şənbə, 25-i bazar günü olduğu üçün Novruz bayramında ardıcıl 7 gün istirahət olacaq – martın 20-dən 26-na qədər.

Qanunvericiliyə uyğun olaraq, sadalanan günlər iş günü hesab edilmir.

Xəbər lenti