Xəzər Xəbər

34 il əvvəl zorladığı uşaqla bir HƏBSXANADA: Filmlərə mövzu olacaq CİNAYƏT

Dünya | 14:21 • 22 Noyabr 2017
34 il əvvəl zorladığı uşaqla bir HƏBSXANADA:

İngiltərənin Mançester şəhərinin sakini 34 il əvvəl etdiyi təcavüzə görə cəzalandırılıb.

"Daily Mail” nəşri xəbər verir ki, cinayətin üstü təsadüfən açılıb.

1981-ci ildən 15 yaşlı Geri Mottersxed qonşuların uşaqlarına baxaraq pul qazanırdı. Bir dəfə onu altı yaşlı oğlana baxmağa çağırdılar. Geri özü ilə şərab gətirərək onu uşağa içirib. Daha sonra isə uşağı seksə məcbur edib. O, 1983-cü ilə qədər bir neçə dəfə oğlana "baxmağa” gəlirdi. Yeniyetmə uşağı şantaj edirdi və bildirirdi ki, "kiçik sirr” haqqında kiməsə danışsa, onun böyük bacısını zorlayacaq. Nəticədə, 6 yaşlı oğlan susmağa məcbur olub.

Geri əmin idi ki, heç vaxt cəza çəkməyəcək. Ancaq 2015-ci ildə arvadını döyməkdə şübhəli bilinən kişini saxlayırlar. Gerini vaxtilə zorladığı oğlanın olduğu təcridxanaya yerləşdirirlər.

Dustaq yoldaşı əvvəlcə Geriyə diqqəti yetirmirdi, ancaq bir müddətdən sonra onu tanımağa başlayır və mühafizəçilərə bu haqda danışır. Və hüquq-mühafizə orqanları şikayəti araşdırmağa başlayırlar.

Günahı sübuta yetirilən Mottersxed 6 il həbs cəzasına məhkum edilir.

Zərərçəkən isə baş verənlərdən sonra özünə gələ bilmir və artıq yeniyetmə yaşında spirtli içkilər və narkotik aludəçisi olur, həmçinin cinayət törədir. Ailəsinə isə "kiçik sirri” yalnız 2001-ci ildə danışır, ancaq doğmalarından susmağı xahiş edir.

"Mən bütün həyatım boyu bu sirlə yaşadım. Həbsxana səni görmək üçün gözlədiyim son yer idi”, - zərərçəkmiş məhkəmə zalında Geriyə müraciət edib.

Xəbər lenti