Xəzər Xəbər

"WhatsApp"da səhv tapıldı - Silinən mesajı oxumağın yolları - FOTO

Texnologiya | 14:42 • 17 Noyabr 2017
"WhatsApp"da səhv tapıldı -

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.

Xezerxeber.az milli.az -a istinadən xəbər veir ki, izləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.

Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.

"Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq. 

Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, "settings"dən "notification register"ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz".

Xəbər lenti