Xəzər Xəbər

“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı

Maraqlı | 10:46 • 17 Noyabr 2017
“Stress çarxı”ndan sonra daha bir aksessuar

Hollivud ulduzlarının istifadə etməsindən sonra olduqca məşhurlaşan "PopSocket” qısa müddətdə ən çox satılan telefon aksessuarı olub.

Bu kiçik cihaz mobil telefonların daha yaxşı əldə tutulmasını təmin edir və dayaq rolunu oynayır.

Mobil telefonların arxasında yerləşdirilən bu qəribə görünüşlü cihaz həm estetik, həm də praktik baxımdan istifadəyə yararlıdır. "PopSocket” həm də telefonun əldən sürüşüb düşməsinə əngəl olur.

"PopSocket” 2014-cü ildə Devid Barnet tərəfindən qurulan texnologiya şirkətinin məhsuludur.

Hazırda 25 milyon satılaraq rekord qıran məhsulun satışı hələ ki, ABŞ-da həyata keçirilir. Finlandiya və Sinqapurda filiallarını açmaq istəyən şirkət məhsullarını zövqə görə hazırlamağa çalışır. İstəyən müştərilər isə şirkətin saytına daxil olaraq öz dizaynlarını sifariş verə bilirlər./publika.az

Xəbər lenti