Xəzər Xəbər

ASAN Xidmətə gələn gəncdən nə tapıldı?

Hadisə | 13:18 • 20 Oktyabr 2017
ASAN Xidmətə gələn gəncdən nə tapıldı?

Sumqayıtda 20 yaşlı oğlandan avtomat patronları götürülüb.

XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları şəhərdəki ASAN Xidmət mərkəzində texniki nəzarət detektorundan keçən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Səbuhi Müşviq oğlunun üzərində patronların olduğunu müəyyən ediblər.

20 yaşlı Səbuhi üzərindəki 8 ədəd avtomat patronu ilə birgə hadisə yerinə dəvət olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti