Xəzər Xəbər

17 məzar açdıqdan sonra tapdığı qızını 8 il sonra tanınmaz halda tapdı - VİDEO

Veb TV | 15:09 • 16 Oktyabr 2017
17 məzar açdıqdan sonra tapdığı qızını

Ankarada 8 ildir yoxa çıxan qızı üçün 17 məzar açdıran ananın üzü gülüb.

Televiziya proqramına gələn xəbərlə qızına qovuşan ana Fatma Toyquncu qızının psixologiyasının pozulduğunu deyib.

Ankaranın Sincan qəsəbəsində18 yanvar2011-ci il tarixində, 14 yaşındaykən, bacısı Şerifeyə test almaqüçün evdən çıxan, ancaqbir daha geri dönməyən MelikeanasıFatma Toyquncunun qatıldığı bir verilişə gələn zəng sonrası Malatyada tapılıb. Melikeni götürməyə gedən zamanonun psixologiyasının pozulduğunu vəqorxu dolu gözlərlə baxdığını söyləyən Fatma Toyquncu"Çəkmədiyim acı, iztirab qalmadı. Adını təhdidlərlə Tuğba olaraqəzbərlədiblər. Qoxusundan tanıdığım qızıma qovuşduqdan sonra DNTtestinəgetdik" deyib.

Ana Fatma Toyquncu təxminən 8 il kabus dolu günlər yaşayan qızı Melikeni tapmaq üçün nələr etdi?

Toyquncuqızının cəsədini gələn xəbərlər sonrası öncəSincan dərəsində, daha sonra məzarlıqda axtardıb. Məhkəmə qərarı ilə 17 fərqli məzar açılıb, aparılan DNT testləri sonrası onların Melikenin cəsədi olmadığı məlum olub.

Qızı Melikeyəillər sonra qovuşmağın sevincini yaşayan Fatma Toyquncu"Qızım Melike aldığı zərbələr, təzyiq, şiddət, təhdidlər sonrası keçirdiyi qorxu səbəbiylə psixoloji travma alıb. Qızım ilk olaraq israrla adının "Tuğba"olduğunu dedi. Qızımı"Ailəni yoxedərik" təhdidləri ilə qarşı-qarşıya qoyaraqadını Tuğba olaraqqəbul etdiriblər. Qızım son dörday idi ki,Malatyada təxminən 50 yaşlı bir vətəndaşın evindəsaxlanılırmış. Qızımı təyyarə ilə İstanbula gətirdik, müalicə edib, yaralarını bağlatmağa başladıq" deyib./milli.az


Xəbər lenti