Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır.
XəzərXəbər Primetime.az-a istinadən xəbər verir ki, "Niel” şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub.
Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı məsələyə belə aydınlıq gətirib:
"Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlanılıb.
İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi
deyilib.