Xəzər Xəbər

Ayılar neftçini parçaladılar Dəhşətli hadisə...

Hadisə | 12:53 • 19 Sentyabr 2017
Ayılar neftçini parçaladılar

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində neft işçisinin ayılar tərəfindən parçalanan cəsədi tapılıb.

Ayılar parçaladıqları cəsədi ağacın budağına atıblar.

Qeyd edək ki, Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinə daxil olan Nyaqan şəhərində bir ayı vurulub. Ayının öldürülməmişdən əvvəl iki həftə Nyaqandakı havalimanında gəzməsi sərnişinləri və işçiləri qorxuya salmışdı.

Xanti-Mansi Muxtar Dairəsinin səlahiyyətliləri ayıların qış yuxusundan əvvəl bədənlərinə yağ ehtiyatı toplamaq istəyinə görə əhaliyə xəbərdarlıq edib. Bu günə qədər həmin ərazidə ən azı 15 nəfər ayılardan qorunmaq üçün təhlükəsizlik əməkdaşlarına müraciət ediblər./Metbuat.az

Xəbər lenti