Xəzər Xəbər

Əri "Sənə sürprizim var" deyib, gözlərini bağladı, barmaqlarını kəsdi SƏBƏBİ ŞOK ETDİ

Hadisə | 13:31 • 26 İyul 2017
Əri "Sənə sürprizim var" deyib, gözlərini bağladı, barmaqlarını kəsdi

Hindistanda dəhşətli hadisə baş verib.

XəzərXəbər big.az-a istinadən xəbər verir ki, Rafiqul İslam adlı kişi həyat yoldaşı Hava Akhterin barmaqlarını kəsib. Buna səbəb isə onun həyat yoldaşına məktəbə getmək üçün icazə verməməsi olub.

Rafiqul "Sənə sürprizim var" deyərək onun gözlərini bağlayıb, daha sonra isə Havanın ağzını bağlayaraq bütün barmaqlarını kəsib.

Səbəbini soruşanda isə Rafiqul İslam belə cavab verib: "Ona neçə dəfə məktəbdən çıxmasını dedim. Qadının təhsil almağı düzgün deyil. O isə məni dinləmədi, ona görə də onun barmaqlarını kəsdim ki, yazı yaza bilməsin."

Hava isə hər şeyə rəğmən təhsilinə davam etməyi düşünür. O indi valideynləri ilə qalır və sol əli ilə yazı yazmağı öyrənir.

Xəbər lenti

Çox oxunanlar