Xəzər Xəbər

Dostu etiraf etdi: Arsen Venger "Real"la görüşüb

İdman | 16:47 • 20 Noyabr 2018
Dostu etiraf etdi:

Arsen Venger "Arsenal"da işləyən "Real"la danışıqlar aparıb.


Bu barədə PSJ-nin sabiq prezidenti Çarles Villeneuve açıqlama verib.


"Paris United"ə danışan sabiq klub rəhbəri bildirib ki, Vengeri uzun zamandı istəyən iki klub var. Bunlardan biri "Real", digəri isə "Bavariya"dı.


"Vengeri iki komanda həmişə istəyib. Bunlardan biri "Bavariya"dı. Çünki Venger 4 dildə danışa bilir. Digəri isə "Real"dı. Vengerin "Real"la İtaliyada keçirdiyi görüşdə mən də iştirak etmişdim. Amma o, həmin vaxt "Arsenal"da qalmağa üstünlük vermişdi" deyə Villeneuve qeyd edib.


Dünya mediasının məlumatlarına görə, "Real" indi də Vengeri istəyir. "Kral Klubu"nun baş məşqçi postu bir müddət əvvəl Santyaqo Solariyə tapşırılıb. Fransız mütəxəssis özü isə yanvarın 1-dən işə başlayacağını bildirsə də, bunun hansı klubda olacağını deməyib.


Qeyd edək ki, 2008-2009-cu illərdə PSJ-nin prezidenti olan Çarles Villeneuve Vengerin yaxın dostudu.


Fanat.Az

Xəbər lenti