Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

İdman | 09:34 • 15 Oktyabr 2018
Bu günün havasından xəbəriniz olsun!
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 18-21° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin axşama doğru bəzi ərazilərdə şimşək çaxacağı ehtimal edilir. Havanın temperaturunun gecə 7-12°, gündüz 21-26° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəyrayonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 10-15° isti təşkil edəcək.

Qazax, Gəncə,Goranboy,Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarınınhavaəsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman-çiskin olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 17-21° isti təşkil edəcək.

Balakən,Zaqatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu,Şamaxı,Siyəzən,Şabran,Xızı,Quba,Xaçmaz,Qusarrayonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12°, gündüz 14-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir,Yevlax,Göyçay,Ağdaş,Kürdəmir,İmişli,Ağcabədi,Beyləqan,Sabirabad,Biləsuvar,Saatlı, Şirvan,Hacıqabul,Salyan,Neftçalarayonlarınhavaəsasən yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcək.

Masallı,Yardımlı,Lerik,Lənkəran,Astararayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 17-20° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-16° isti təşkil edəcək.

Xəbər lenti

Çox oxunanlar