Xəzər Xəbər

"Mançester Siti" "Vulverhempton"un ulduzuna göz dikdi

İdman | 23:10 • 25 Sentyabr 2018
"Mançester Siti" "Vulverhempton"un ulduzuna göz dikdi

İngiltərə Premyer Liqasının debütantı "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş sərgilədyi oyunla top klubların "radar"ına düşüb.

Portuqaliya millisinin üzvü "Mançester Siti"nin transfer hədəfindədir. Məlumata görə, 21 yaşlı futbolçu üçün "şəhərlilər" 65 milyon avro ödəməyə hazırdır.

"Narıncı-qaralar" Neveşi 2017-ci ildə "Portu"dan 18 milyon avroya transfer edib.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm 6 qarşılaşmada 1 qol vurub, 1 assist edib.

Xəbər lenti