Xəzər Xəbər

Klopp ulduz həmyerlisini "Liverpul"a gətirir

İdman | 21:53 • 24 Sentyabr 2018
Klopp ulduz həmyerlisini "Liverpul"a gətirir

"Liverpul” Dortmund "Borussiya”sından futbolçu transfer etməyi planlaşdırır.

"Qırmızılar”ın baş məşqçi Yurgen Klopp həmyerlisi Mario Götzenin xidmətində maraqlıdı.

26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə Dortmund təmsilçisində işləmiş mütəxəssis onu yanvarda İngiltərə komandasına gətirmək üçün şəxsən hərəkətə keçib.

Almaniya klubuyla olan müqaviləsinin müddəti 30 iyun 2020-ci ildə bitəcək futbolçu cari mövsüm sarı-qara futbolkada cəmi 2 matça çıxıb.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar