Xəzər Xəbər

"Valensiya"nın hücumçusu İtaliyaya qayıtdı

İdman | 16:34 • 18 Avqust 2018
"Valensiya"nın hücumçusu İtaliyaya qayıtdı

"Valensiya"nın hücumçusu Simone Zazanın yeni klubu bəlli olub.

İtaliya millisinin üzvü ölkəsinə dönüb. 27 yaşlı hücumçu "Torino"ya keçib. Turin təmsilçisi forvard 2 milyon avroya icarəyə götürüb. A Seriya klubu mövsümün sonunda 12 milyon avro ödəyərək, Zazanı birdəfəlik ala bilər.

Qeyd edək ki, "yarasalar" Zazanı ötən il 18 milyon avroya "Yuventus"dan almışdı.

Xəbər lenti