Xəzər Xəbər

Kərim Benzema karyerasını İtaliyada davam etdirə bilər

İdman | 15:44 • 21 İyul 2018
Kərim Benzema karyerasını İtaliyada davam etdirə bilər

İspaniyanın "Real Madrid” klubunun hücumçusu Karim Benzema İtaliyanın "Milan” komandasına keçə bilər.


AZƏRTAC "Sky Sport İtalia” saytına istinadla xəbər verir ki, fransız futbolçu artıq "Milan”nın baş məşqçisi Gennaro Qatuzo ilə danışıqlar aparıb və kluba transfer olunmağına ilkin razılıq verilib. Həmçinin futbolçunun agenti və "Milan” komandasının nümayəndələri arasında da görüş keçirilib.


İtaliya təmsilçisi Benzemaya dördillik müqavilə təklif edib. "Milan” futbolçunun "Real Madrid” klubunda aldığı illik məvacibi (9 milyon avro) ödəməyə hazırdır.


"Kral klubunun” fransız oyunçunun transferindən əldə edəcəyi məbləğ hələ ki bəlli deyil.

Xəbər lenti