Xəzər Xəbər

Konte “Çelsi” klubunu məhkəməyə verəcək

İdman | 13:25 • 21 İyul 2018
Konte “Çelsi” klubunu məhkəməyə verəcək

Antonio Konte İngiltərənin "Çelsi” klubunu məhkəməyə verəcək.


AZƏRTAC "The Times” nəşrinə istinadla xəbər verir ki, italiyalı mütəxəssis klubun onu istefaya yollaması qərarından narazı qalıb. Buna səbəb ayrılıq haqqında qərarın gec verilməsi və mütəxəssisin növbəti mövsümün startına qədər yeni iş yeri tapmaq ehtimalının azlığıdır.


O, məhkəməni qazansa, 2018-2019-cu il mövsümünün sonunda "Çelsi”dən 9 milyon avro kompensasiya ala bilər.


Qeyd edək ki, Antonio Konte 2016-cı ildən "Çelsi”yə rəhbərlik edib. O, iyulun 13-də vəzifəsindən ayrılıb və komandaya Maurisio Sarri baş məşqçi təyin olunub.

Xəbər lenti