Xəzər Xəbər

Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

İdman | 15:14 • 20 İyul 2018
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.


Xezerxeber.az xəbər verir ki, yeni idman növləri bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın "biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.


Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb.


BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.

Xəbər lenti