Xəzər Xəbər

Cenk Tosun rinqə çıxdı

İdman | 17:42 • 25 May 2018
Cenk Tosun rinqə çıxdı

İngiltərənin "Everton" klubunda top qovan türkiyəli hücumçu Cenk Tosun vətəninə qayıdıb.

Forvard İstanbulda da boş dayanmır. O, istirahət günlərini məşq edərək keçirir. Maraqlıdı ki, Tosun kik-boks dərsləri alır. Ona bu idman növü üzrə çempion Mücahit Kulak məşq keçir. Onun məşqdən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Azarkeşlər Türkiyə millisinin üzvünün yaşıl meydanda olduğu kimi, rinqdə də əzmkarlıq nümayiş etdirməsini maraqla qarşılayıblar.

Xəbər lenti