Xəzər Xəbər

Mourinyodan 150 milyonluq transfer layihəsi Dünya ulduzlarını gətirəcək

İdman | 15:07 • 25 May 2018
Mourinyodan 150 milyonluq transfer layihəsi

Premyer Liqanı ikinci pillədə tamamlayan "Mançester Yunayted” nəhəng transfer layihəsi həyata keçirməyə başlayıb.

"Qırmızı şeytanlar”ın ilk hədəfi "Şaxtyor Donetsk”də oynayan Freddir.

İngilislər bu transfer qarşılığında Ukrayna təmsilçisinə 50 milyon avro ödəməyə hazırdırlar. "Skay Sports”da yer alan xəbərə görə, artıq tərəflər arasında razılaşma əldə edilib. Fredin sağlamlıq testindən keçib rəsmi müqaviləyə imza atacağı bildirilir.

Digər tərəfdən "Yuventus”dan ayrılmaq istədiyi bildirilən Mario Mandzukiç üçün də proseslərə start verilib. Transferin gerçəkləşməməsi durumunda onun yerinə xorvatiyalı hücumçu Marko Arnautoviç gətiriləcək.

Transfer layihəsi bununla da məhdudlaşmır. İngilislər hazırda "Latsio”da forma geyinən Sergey Milinkoviç-Saviçi də heyətinə qatmaq istəyir. Lakin onun üçün 100 milyon avronun tələb edilməsi ingiltərəliləri gözləmə mövqeyinə keçirib.

Xəbər lenti