Xəzər Xəbər

"Qarabağ" Çempionlar Liqasının hazırlığına belə başlayacaq

İdman | 14:17 • 25 May 2018
"Qarabağ" Çempionlar Liqasının hazırlığına belə başlayacaq

2017/2018 mövsümündə Premyer Liqanın qalibi olan "Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.

Ağdam klubu 13 iyunda Bakıda toplaşacaq. 1 həftədən sonra isə Avstriyaya yollanacaq.

Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq "Qarabağ”ın növbəti toplanış tarixi Çempionlar Liqasının püşkünün nəticəsindən sonra bəlli olacaq.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

Xəbər lenti