Xəzər Xəbər

Əfsanəvi futbolçu öldü

İdman | 14:46 • 24 Aprel 2018
Əfsanəvi futbolçu öldü

Fransa futbol millisinin keçmiş oyunçusu və məşqçisi Anri Mişel 71 yaşında dünyasını dəyişib. 

Oyunçu karyerasının böyük hissəsini o, Fransanın "Nante" (1966-1982) komandasında keçirib. Fransa millisində isə onun hesabında 58 parlaq oyun var.

Futbolçu kimi karyerasını bitirdikdən sonra 1982-ci ildən Fransanın gənclərdən ibarət yığmasına məşqçilik edib və 1984-cü ildə Olimpiya Oyunlarının qalibi olub. (APA)

Xəbər lenti