Xəzər Xəbər

Beyl “Real”ı tərk edir

İdman | 13:48 • 23 Fevral 2018
Beyl “Real”ı tərk edir

İspaniyanın "Real Madrid” klubunun yarımmüdafiəçisi Qaret Beyl yayda komandası ilə yollarını ayıracaq.


AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Beyl cari mövsümdə "Real”ın heyətində ilk 11-likdə yer ala bilmədiyi üçün klub ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcək.


Klub rəhbərliyi də öz növbəsində Beylin aldığı zədələrə görə matçları buraxmasından narazıdır.


Xatırladaq ki, Beyl 2013-cü ildə 100 milyon avro müqabilində İngiltərənin "Tottenhem” klubundan transfer edilib. Futbolçunun klub ilə müqaviləsi 2022-ci ilin yayınadəkdir.

Xəbər lenti