Xəzər Xəbər

"Messini dayandırmaq çox çətin olacaq" Pedro

İdman | 14:18 • 17 Fevral 2018
"Messini dayandırmaq çox çətin olacaq"

"Hazırda yaxşı formadayıq. "Barselona" ilə oyunöncəsi komandada özünəinam var. Əvvəlki formamıza qayıtmağımız bizim üçün yaxşı haldır. 2 əla oyun keçirmişik. "Barselona" ilə matça bu cür hazırlaşmağa davam etməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin hücumçusu Pedro Rodriges deyib. Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə oyunuöncəsi "Goal.com"a danışan təcrübəli forvard keçmiş komandası ilə görüşün çətin keçəcəyini bildirib. "Barsa"nın lideri Lionel Messidən də söz açan Pedro onu dünyanın ən yaxşısı adlandırıb:

"Mənim üçün xüsusi oyundur. Uzun illər birlikdə oynadığım köhnə dostlarımı görmək xoş olacaq. Messi elə həminki Messidir. Onun haqda nə deyə bilərəm? Artıq hər şeyi danışmışam. Leo dünyanın ən yaxşısıdır. İstənilən halda komandası üçün vacib oyunçudur. Messini dayandırmaq çox çətin olacaq".

Qeyd edək ki, "Çelsi" – "Barselona" oyunu fevralın 20-də keçiriləcək.

Xəbər lenti