Xəzər Xəbər

Klarens Zeedorf `Deportivo`nu çalışdıracaq

İdman | 16:01 • 5 Fevral 2018
Klarens Zeedorf `Deportivo`nu çalışdıracaq
İtaliyanın "Milan" klubu və Hollandiya yığmasının sabiq ulduz futbolçusu Klarens Zeedorf İspaniyanın "Deportivo" klubuna rəhbərlik edəcək. Bu barədə "AS" nəşri yazıb.

"Deportivo"nun baş məşqçi postu Kristobal Parralonun istefaya göndərilməsindən sonra boş qalıb. Məşqçi ilə müqavilə dünən pozulub.

Buna qədər 41yaşlı Zeedorf 2014-ci ilin yanvarında "Milan"nın baş məşqçi postuna təyin olunsa da, uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi.

Xəbər lenti