Xəzər Xəbər

Futbol matçında ŞOK HADİSƏ: oyunçunun dişi qapıçının qolunda qaldı

İdman | 15:48 • 5 Fevral 2018
Futbol matçında ŞOK HADİSƏ:

İspaniya La Liqasının 22-ci həftəsi çərçivəsində qarşılaşan "Atletiko Madrid” – "Valensiya” matçında bədbəxt hadisə baş verib.

"Atletiko Madrid”də forma geyən Qodin rəqibin qapıçısı Neto ilə toqquşub.

Toqquşmadan xəsarət alan Qodinin dişi çıxıb və qapıçının qolunda qalıb. Uruqvaylı futbolçu kəskin qanaxmaya və ağrıya dözməyərək yerə yıxılıb.

Xəbər lenti