Xəzər Xəbər

"Liverpul"un futbolçusu Belçika klubunda

İdman | 18:15 • 1 Fevral 2018
"Liverpul"un futbolçusu Belçika klubunda

"Liverpul" serbiyalı futbolçusu Lazar Markoviçi icarəyə verib.

Serbiyalı vinger karyerasını Belçikada davam etdirəcək. 23 yaşlı futbolçu "Anderlext"lə anlaşıb. Serbiya millisinin üzvü yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Anderlext" Markoviçin peşəkar karyerasında 7-ci klubu olacaq. "Liverpul" daha öncə Lazarı "Fənərbaxça", "Sportinq" və "Hall Siti"yə icarəyə vermişdi.

Xəbər lenti