Xəzər Xəbər

PSJ transferə doymur: daha bir "bomba" partlayır

İdman | 17:20 • 11 Dekabr 2017
PSJ transferə doymur:

Yayda futbolçuların alınmasına 400 milyon avro xərcləyərək transfer bazarını alt-üstedən PSJ dayanmaq bilmir. Paris klubu bu dəfə bir qapıçı var.


Bu mövsüm Çempionlar Liqasını qazanmaq istəyən PSJ-nin hədəfindəki qapıçı Canliuci Donnarumadı. Paris klubunun qapıçısı Alponse Areolanın performansı məşqçilər korpusunu qəbul etmədiyindən italyan qapıçını transfer etmək istəyirlər.


Donnarumanın müqaviləsində sərbəst qalma maddəsi olmadığından PSJ-nin işi çətinləşir. Amma UEFA-nın "Maliyyə Fair-Playı" qaydaları səbəbindən "Milan" qapıçısını satmağa məcbur ola bilər ki, bu da fransızların işinə yarayır.


Qeyd edək ki, Donnaruma "Milan"a 2013-cü ildə "Napoli"dən 250 min avroya transfer olunub. "Transfermarkt" hazırda 18 yaşlı qapıçıya 25 milyon avro qiymət qoyub./Fanat.Az

Xəbər lenti