Xəzər Xəbər

“Ağır oyuna hazırlaşırıq” Qurban Qurbanov

İdman | 13:53 • 21 Noyabr 2017
“Ağır oyuna hazırlaşırıq”

"Ağır oyuna hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bakıdakı son matçımızdır”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovnoyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin "Çelsi” komandasına qarşı Bakıda keçiriləcək oyunu şərh edərkən deyib.

45 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?

- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

Xəbər lenti