Xəzər Xəbər

“Everton”un baş məşqçisi istefaya göndərilib

İdman | 17:16 • 23 Oktyabr 2017
“Everton”un baş məşqçisi istefaya göndərilib

İngiltərənin "Everton” komandasının baş məşqçisi Ronald Kuman istefaya göndərilib. "Report” xəbər verir ki, 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.

"Everton”un oktyabrın 22-də Premyer Liqanın IX turu çərçivəsində evdə "Arsenal”a 2:5 hesabı ilə uduzması klub rəhbərliyini radikal qərara sövq edib.

Kuman 2016-cı ilin iyununda "Everton”la 3 illik müqavilə bağlamışdı.

Qeyd edək ki, "Everton” bu yay transferlərə 142 milyon funt sterlinq xərcləsə də, komanda hazırda 8 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbər lenti