Xəzər Xəbər

İstanbul derbisinin hakimi müəyyənləşdi

İdman | 16:17 • 19 Oktyabr 2017
İstanbul derbisinin hakimi müəyyənləşdi

Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək.

İstanbul derbisini idarə edəcək hakim müəyyənləşib. Belə ki, "Türk Telekom Stadionu"nda baş tutacaq qarşılaşmada ədaləti Cüneyt Çakır qoruyacaq.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı 22 oktyabr tarixində Bakı vaxtilə saat 20:30-da baş tutacaq.

Xəbər lenti