Xəzər Xəbər

Yevlax sakini arvadını baltalayıb - YENİLƏNİB

Region | 12:22 • 13 Yanvar 2021
Yevlax sakini arvadını baltalayıb -

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

11:45

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb. (APA)

Xəbər lenti