Xəzər Xəbər

Şəhidlərin ailə üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

Cəmiyyət | 11:27 • 13 Yanvar 2021
Şəhidlərin ailə üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirlərinin bir istiqaməti də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, onların yaxınlarının, müharibədən zərər çəkənlərin sosial-psixoloji dəstəklə təmin edilməsidir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, ötən il noyabrın 18-dən Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2440 ailəyə səfər ediblər.


İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin 5 psixoloqla fəaliyyət göstərən "Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib.


Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də Agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti