Xəzər Xəbər

Məşhur moto idmançı qəzaya düşüb

İdman | 09:59 • 8 Yanvar 2021
Məşhur moto idmançı qəzaya düşüb

Hindistanlı moto idmançı Santoş Çançanquppe Şivaşankar Dakar rallisi-marafonunun dördüncü mərhələsində baş verən qəzadan sonra Ər-Riyaddakı xəstəxanaya yerləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb.


Yanvarın 6-da keçirilmiş dördüncü mərhələdə hindistanlı idarəetməni itirib və qəza nəticəsində başından zədə alıb. Əvvəlcə "Hero Motosports” komandası onun vəziyyətinin sabit olduğunu bildirsə də, sonradan həkimlərin idmançını müayinə etmək və baş zədəsinin ağırlığını təyin etmək üçün onu süni komaya salmağa qərar verdikləri məlum olub.


Otuz yeddi yaşlı Santoş Çançanquppe Şivaşankar 2015-ci ildən Dakar ralli-marafonunda yarışan ilk hindistanlı idmançıdır.


Dakar marafonu yanvarın 15-də başa çatacaq.

Xəbər lenti