Xəzər Xəbər

10 günə atası, anası, xalası və özü COVID-19-dan vəfat etdi

Cəmiyyət | 14:19 • 15 Dekabr 2020
10 günə atası, anası, xalası və özü COVID-19-dan vəfat etdi

Koronavirus 10 gün ərzində bir ailədən 4 can alıb.


44 gün öncə ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.


Onun ailəsindən öncə xalası Adilə Kərimova koronavirusa yoluxub. Bir neçə gün sonra isə anası Aidə, atası Famil də virusa yoluxub. Dekabrın 5-də Adilə Kərimova, onun üç mərasimi günü, dekabrın 8-də Rəşadın anası Aidə, dekabrın 12-də isə atası Famil müalicə olunduqları xəstəxanada vəfat ediblər. Adilə Kərimovanın həyat yoldaşı və digər bacısı da virusa yoluxub, onların müalicəsi davam edir.


Yaxınlarının sözlərinə görə, virusa ilk yoluxan Adilə Kərimova Nərimanov rayonunda yaşayıb. Rəşad və ailəsi isə Əhmədli qəsəbəsinin sakinləri olublar. Onlar yoluxmadan 10 gün əvvəl ünsiyyətləri olmayıb. Buna görə də ayrı-ayrı yerlərdə yoluxduqları ehtimal edilir.


Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən Rəşad da dekabrın 14-də vəfat edib. Onunla yenicə ailə həyatı quran yoldaşı da koronavirusa yoluxsa da, ev şəraitində müalicə olunaraq sağalıb.


Rəşad Rəhimli ərəb və ingilis dilindən kitablar tərcümə edib. Atası Famil Rəhimov isə Dəmir Yol İdarəsinin əməkdaşı olub, bir neçə ay əvvəl təqaüdə çıxıb.


Rəhimovlar ailəsindən indi yalnız Rəşadın qardaşı qalıb.  qafqazinfo


Nərmin


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti