Xəzər Xəbər

Güllələnmiş dəftərçə: Milli Qəhrəmanın "bloknot"unda oğluna olan tövsiyəsi hər kəsi duyğulandıracaq - VİDEO

Veb TV | 16:08 • 2 Dekabr 2020
Güllələnmiş dəftərçə:

Atam şəhid olandan sonra cibindən güllə deşmiş dəftərçəsi çıxıb. Onu indiyə kimi saxlayırıq. Burada atamın mənə bir sıra tövsiyələri yer alır. Dəftərçədə atamın döyüş yoldaşları barədə də qeydləri var.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov deyib.

Xəzər TV-nin efirində yayımlanan "Vaxtı Gəldi!" verilişində qonaq olan A.Eyvazov atasının ona tövsiyəsinin nədən ibarət oldiğunu da açıqlayıb: " Atam mənə olan tövsiyələrindən birində qeyd edir ki, "mənim adıma layiq övlad ol, həyatın çətinliklərinə qorxmazlıqla sinə gər. Ailəmizin heç vaxt göz yaşı axıtmasına imkan vermə və mənim adımı yaşat". Dəftərçədə digər tövsiyləri də var".

O, atasının döyüş yolu və göstərdiyi şücaətlər barədə də danışıb.

Xezerxeber.az Asəm Eyvazovun mövzu ilə bağlı daha açıqlamasını təqdim edir:


Atif

Xəbər lenti