Xəzər Xəbər

Qəhrəman döyüşçülərimizi tanıyaq: Gizir Mürsəl Abdullayev kimdir? VİDEO

Veb TV | 21:59 • 29 Noyabr 2020
Qəhrəman döyüşçülərimizi tanıyaq: Gizir Mürsəl Abdullayev kimdir?

Vətən Müharibəsində Azərbaycan hərbçiləri sayısız qəhrəmanlıqlar göstəriblər. Onlardan biri də gizir Mürsəl Abdullayevdir. Azərbaycan hərbçilərinə düşmən ordusu zərər verməsin deyə günlərdir gözünü müşahidə monitorlarından ayırmayan Mürsəl Ermənistan ordusunun 6 tank, 1 piyadaların döyüş maşını və 1 qrad qurğusunu məhv edib. Qəhrəman gizirimiz öz komandiri ilə birgə döyüş zamanı yaşadıqları hissləri "XəzərXəbər"lə bölüşüb.


Hərbi xidmətini Ağdamda əsgər kimi keçən Mürsəl Abdullayev bu sahəyə marağı və vətənə olan sevgisi nəticəsində 2013-cü ildə peşakar hərbçi olmağa qərar verib. 7 ildir ki, gizir kimi orduda qulluq edən Mürsəl Vətən müharibəsində də böyük qəhrəmanlıqlar göstərib. Füzuli istiqamətində düşmənə göz verib işıq verməyən qəhrəman gizirimiz bu ərazidə bölmələrimizin rahat irəliləməsini təmin etmək üçün tabeçiliyindəki yüksək dəqiqlikli silahdan məharətlə istifadə edib.


Mürsəl Abdullayev bildirir ki, bəzi tapşırıqlar çətin olsa da o bunun öhdəsindən gəlməyi bacarıb.


Onun batareya komandiri, kapitan Nicat İsmayılov da bildirir ki, Mürsəl vətənə olan sevgisi və peşəkar bacarıqları ilə hər zaman fərqlənib. Nicat İsmayılov özü də döyüşdə düşmənin xeyli texnikasını məhv edərək ordumuzun rahat irəliləməsi üçün əlindən gələni edib.


Mürsəl Abdullayev deyir ki, hərbi xidmətdə olduğu müddətdə bütün hərbçilər bilirdi ki, Azərbaycan ordusu hər bir sahədə Ermənistan ordusundan üstündür. Ancaq 44 günlük müharibə bunu bütün dünyaya sübut etdi. Buna görə O, müzəffər bir ordunun hərbçisi olmaqdan indi daha böyük qürur hissi keçirir.


Xəbər lenti