Xəzər Xəbər

Bakıda qəza sıxlığa səbəb oldu

Hadisə | 17:02 • 27 Noyabr 2020
Bakıda qəza sıxlığa səbəb oldu

Bakıda daha bir yol qəzası baş verib.


Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə paytaxtın Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) baş verib. Ərazidəki tunelə girişdə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur.


Hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.


Ramil

Xəbər lenti