Xəzər Xəbər

Peyvənd edilənlər də koronavirusa yoluxa bilər? - AÇIQLAMA

Cəmiyyət | 10:29 • 27 Noyabr 2020
Peyvənd edilənlər də koronavirusa yoluxa bilər? -

Rusiyada peyvəndləmədən sonra COVID-19-a yoluxma ehtimalı barədə açıqlama verilib.


"RİA Novosti” xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.


Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd edilənlər də virusa yoluxa bilərlər: "Mütləq bir qorunma yoxdur, ancaq peyvənd olunan infeksiyanı daha yüngül keçirir. Hər hansı bir infeksiyaya qarşı 100% qorunma yoxdur”.


Mütəxəssis əlavə edib ki, əgər kimsə peyvənddən sonra koronavirus xəstəliyinə yoluxsa, onda sətəlcəm, ürək və böyrək zədələnməsini kimi ağırlaşmalar olmayacaq. 


O, həmçinin, peyvənd edildikdən sonra fərdi qoruyucu vasitələrdən istifadəyə davam etməyin lazım olduğunu da deyib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
392 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti