Xəzər Xəbər

Həkimdən xəbərdarlıq: Bu dərmanları qəbul etməyin

Cəmiyyət | 16:58 • 23 Noyabr 2020
Həkimdən xəbərdarlıq:

Azərbaycan Tibb Universitetinin şöbə müdürü, həkim-radioloq Aydın Əliyev antibiotik qəbulu ilə bağlı ciddi xəbərdarlıq edib.


Həkim-radioloq reseptsiz, həkim tövsiyəsi olmadan və açıq-aşkar simptomlar görünmədən antibiotik qəbulunun ciddi fəsadları ola biləcəyini vurğulayıb:


"1. Ciddi şikayətləriniz - boğulma, təngnəfəslik, hərarətin 38,5-dən yuxarı olması, biruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, həmçinin, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15%-dən çox deyilsə və şikayətləriniz proqressivləşmirsə (artmırsa) antibiotik qəbul etməyin, sistem qoşdurmayin!


2. Antibiotiklər virusa heç bir təsir etmir, antibiotiklər o zaman istifadə edilməlidir ki, prosesə bakteriyalar qoşulur, onun da əsas əlamətləri yuxarıda 1-ci punktda saydıqlarımızdır!


3. Lazımsız antibiotik istifadəsi əksinə orqanizmi zəiflədir, xəstəliyi ağırlaşdırır!


4. Yalnız tibbi maskalardan istifadə edin! Onların burun hissəsindəki metalı əyərək burunun formasına uyğunlaşdırmaq olur ki, bu da burun-yanaq üçbucağından açıq havanın daxil olmasının qarşısını alır. Dekorativ və digər maskalardan istifadə etməyin! Onların burun hissəsində bu metallik komponent yoxdur!”


Həkim lazım oldu-olmadı apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatlarını alımasına da iradını bildirib:


Lazım olmadığı təqdirdə apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatları almayın. Bu dərmanlara həqiqi ehtiyacı olan çox insanlar var ki, dərman tapa bilmirlər. Ağır və dərman preparatlarına çox ehtiyacı olan insanları düşünək lütfən, onların ehtiyacı çoxdur. Apteklərdən də xahiş edirəm süni qiymət artımı etməsinlər. Çünki belə ağır məqamda xeyir güdmək olmaz”. Redaktor.az

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
442 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti