Xəzər Xəbər

Erməni vitse-spikerdən sərt tənqid - Paşinyan başını itirib, Arutyunyan isə...

Dünya | 10:10 • 3 Noyabr 2020
Erməni vitse-spikerdən sərt tənqid -

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Ermənistanın Baş Naziri Paşinyanı və qondarma rejimin "prezidenti” Araik Arutyunyanı sərt tənqid edib.


Bu barədə erməni mətbuatı xəbər verir.


Şarmazanov bildirib ki, konkret hədəflər olmalıdır. Paşinyan hakimiyyəti isə səhər bir, günorta başqa bir, axşam isə tam ayrı bir söz deyir:


"Əvvəllər sülhməramlılar məsələsinin gündəmlərində olmadığını deyirdilər, sonra sülhməramlı məsələsi ilə bağlı müsbət fikirlər səsləndirdilər. Əvvəl Dağlıq Qarabağla hərbi alyansdan bəhs etdilər, sonra Ermənistanın Qarabağı tanımasından, daha sonra xilas adına bölünmədən, daha sonra isə birləşmə adına ayrılmadan danışdılar. Paşinyan bir qədər sonra cəmiyyətin ağrılı kompromisə hazır olduğunu elan etdi, sonra isə bunu beynəlxalq aləm üçün dediyini və sona qədər gedəcəyini söylədi. Əvvəl deyirdilər ki, bir qarış torpaq verməyəcəyik, bugünlərdə isə Araik Arutyunyan erməniləri Şuşanın müdafiəsinə çağırdı”./konkret.az

Xəbər lenti